Natiq Əliyev: “Milli Məclisə seçkilər həm ölkəmizin daxili siyasəti, həm də bütün region üçün xüsusi əhəmiyyət kəsb edir”

Natiq Əliyev: “Milli Məclisə seçkilər həm ölkəmizin daxili siyasəti, həm də bütün region üçün xüsusi əhəmiyyət kəsb edir”

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər həm ölkəmizin daxili siyasəti, həm də bütün region üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan daxilində bu seçkilər siyasi institutların müasirləşdirilməsi və yenilənməsi, demokratiyanın möhkəmləndirilməsi və hər bir vətəndaşın söz sahibi olması istiqamətində mühüm addımdır”.

 Bu fikirləri Seçki 2024 Müstəqil Media Mərkəzinin açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev deyib.

 Onun sözlərinə görə, yaradıcılıq və sənət üçün əlverişli mühitin təmin edilməsində siyasi sabitlik və əhalinin demokratik proseslərdə fəal iştirakı əsas rol oynayır.

 Rektor, Azərbaycanın regional səviyyədə demokratik dəyərlərə sadiqliyini nümayiş etdirərək digər ölkələrə nümunə olduğunu, tərəqqinin və inkişafın yalnız açıqlıq və dialoq şəraitində mümkün olduğunu göstərdiyini vurğulayıb.

“Bu seçkilər həm də regionda mədəni mübadilə və əməkdaşlıq üçün əsas olan sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayır. Biz mədəniyyət və incəsənətin beynəlxalq aləmdə ölkənin müsbət imicinin formalaşmasında ayrılmaz rol oynadığını görür və ümid edirik ki, seçkilərin nəticələri mədəniyyətimizin inkişafına yeni təkan verəcək”, - deyə Natiq Əliyev əlavə edib.