QHGT: Azərbaycanda parlament seçkiləri azad və ədalətli keçdi

QHGT: Azərbaycanda parlament seçkiləri azad və ədalətli keçdi

Azərbaycanda parlament seçkiləri azad və ədalətli keçib.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Qosulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Uqandadan olan üzvü Yakob Eyeru deyib.

“QHGT nümayəndə heyəti seçki məntəqələrində vətəndaşların yüksək fəallıq nümayiş etdirdiyinin şahidi olub. Nümayəndə heyəti bütün seçki məntəqələrində səsvermə prosesinin şəffaf keçdiyini, azad və ədalətli seçkilərin baş tutduğunu təsdiq edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, altı qrupdan ibarət nümayəndə heyəti Bakıda bir sıra seçki məntəqəsində müşahidələr aparıb.

“Nümayandə heyətimizin üzvləri 7, 15, 16, 17 saylı seçki dairələrinin bir sıra seçki məntəqəsində səsvermə prosesini sona qədər izləyib. Ümumilikdə 54 seçki məntəqəsində baş tutmuş seçki prosesinin hər bir mərhələsinin monitorinqində yaxından iştirak etmişik”, - deyə o əlavə edib.