Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər Çin mediasının da diqqət mərkəzində olub

Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər Çin mediasının da diqqət mərkəzində olub

Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər Çin mediasının da diqqət mərkəzində olub.

“Seçki 2024” Müstəqil Media Mərkəzi  xəbər verir ki, dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın məlumatında bildirilib ki, Mərkəzi Seçki Komissiyası 5895 məntəqə üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb. Səsvermədə seçici fəallığının 37,27 faiz təşkil etdiyi qeyd olunub.

Qeyd edək ki, Çin mediası sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərin gedişi haqqında operativ xəbərlər yayıb. Həmin xəbərlərdə səsvermə hüququ olan seçicilərin, seçki məntəqələrinin, namizədlərin sayı haqqında məlumat verilib, səsvermə prosesini 600-ə yaxın xarici müşahidəçinin izlədiyi bildirilib.