İƏT PA nümayəndəsi: Seçki prosesi olduqca şəffaf və açıq keçib

İƏT PA nümayəndəsi: Seçki prosesi olduqca şəffaf və açıq keçib

Azərbaycanda seçki prosesi olduqca şəffaf və açıq keçib.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) nümayəndəsi, Pakistan Milli Assambleyasının üzvü Malik Saif ul-Maluk Xoxar deyib.

Onun sözlərinə görə, son seçkilərdə demokratik dəyərlərə sadiqlik nümayiş etdirilib: "Vətəndaşlar kifayət qədər fəal şəkildə seçkilərdə iştirak etdi. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Azərbaycan xalqını seçkilərin uğurla baş tutması münasibətilə təbrik edirəm. Əminik ki, bu seçkilər ölkədəki inkişafa öz töhfəsini verəcək".