Pakistanlı müşahidəçi: Seçkilər Azərbaycanda demokratik bazanın inkişafına vacib dəstək verəcək

Pakistanlı müşahidəçi: Seçkilər Azərbaycanda demokratik bazanın inkişafına vacib dəstək verəcək

"Azərbaycanda keçirilən növbədənkənar Parlament Seçkilərini müşahidə missiyasının tərkibində yer almaq bizim üçün böyük şərəfdir"

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu sözləri Pakistan Milli Assambleyasının üzvü Zulfiqar Ali Bhatti keçirdiyi brifinqdə deyib.

O əlavə edib ki, seçkilər ölkədə demokratik bazanın inkişafına vacib dəstək verəcək:

"Pakistan Milli Assambleyasının üzvü kimi Azərbaycanda keçirilən növbədənkənar Parlament Seçkilərini müşahidə missiyasının tərkibində yer almaq bizim üçün böyük şərəfdir. Pakistan və Azərbaycan arasındakı münasibətlər bizim üçün böyük önəm daşıdığına görə də çox əhəmiyyətlidir. Pakistan və Azərbaycan arasında uzunmüddətli xoş münasibətlər qarşılıqlı dəstək və həmrəyliyə əsaslanır. Biz əminik ki, bu seçkilər Azərbaycanın demokratik bazasının inkişafına önəmli bir təkan olacaq".