Serbiya mediası Azərbaycandakı parlament seçkilərindən yazıb

Serbiya mediası Azərbaycandakı parlament seçkilərindən yazıb

Serbiyanın kütləvi informasiya vasitələri sentyabrın 1-də keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən bəhs edən materialları yayıb.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, “RTS”, “Politika”, “Tanjug”, “Novosti”, “SRNA”, “b92”, “N1info”, “Gradske İnfo” kimi mətbu orqanlarında dərc edilən yazılarda 125 deputat yeri olan qanunverici orqana seçkilərdə 990 namizədin iştirak etdiyi və səsvermənin 6478 seçki məntəqəsində keçirildiyi bildirilir.

Diqqətə çatdırılır ki, bu parlament seçkilərinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində, o cümlədən 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalmış ərazilərdə keçirildiyi bildirilir.

Materiallarda, həmçinin ölkəmizin noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcəyi də qeyd olunur.