Sergey Xomenko: Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən etmədik

Sergey Xomenko: Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən etmədik

Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə biz Füzuli, Şuşa və Xankəndidə olduq, oradakı bütün seçki məntəqələrində müşahidə apardıq. Deməliyəm ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin hər hansı müddəasının pozulmasını görmədik. Bundan başqa, MSK hazırlıq işlərini yüksək səviyyədə təşkil edərək bütün qaydalara əməl olunmasını təmin edib.

 

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurası sədrinin müavini Sergey Xomenko növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında söyləyib.

"Biz bir neçə amilə diqqət yetirdik, Azərbaycan xalqının seçkilərdə öz iradəsini nümayiş etdirməsini, ictimai asayişin qorunmasının təşkilini, ümumilikdə xalqın bu seçkilərdə iştirak əzmini müşahidə etdik. MDB-nin bu missiyasının bəyanatında qeyd edildiyi kimi, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən edilməyib. Bu da seçkilərin yüksək səviyyədə keçirilməsinə dəlalət verir", - deyə o diqqətə çatdırıb.

S.Xomenko Azərbaycan və Belarus parlamentləri arasında qurulmuş ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvarlığını ifadə edib.