Mohammed Sabbari: Seçkilər zamanı heç bir mənfi hal qeydə alınmayıb

Mohammed Sabbari: Seçkilər zamanı heç bir mənfi hal qeydə alınmayıb

Azərbaycan keçirilən növbədənkənar parlament seçkiləri zamanı heç bir mənfi hal qeydə alınmayıb.

"Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədrinin birinci müavini Mohammed Sabbari deyib.

“Ötən gün keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində, həmçinin, işğaldan azad olunmuş Qarabağda baş tutdu. Bu seçkilərdə Qarabağın şəhərlərindən də namizədlərin seçilməsi çox əlamətdardır.

Seçki prosesi zamanı heç bir mənfi hal qeydə alınmadı, bu isə, öz növbəsində, prosesin düzgün, qaydalara uyğun və şəffaf keçməsini sübut edir. Azərbaycan xalqını bütün suveren ərazilərində, o cümlədən, Qarabağda seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm”, - deyə o bildirib.