Malayziya parlamentinin senatının müavini: Azərbaycanda demokratik seçkilərin necə keçirildiyini gördük

Malayziya parlamentinin senatının müavini: Azərbaycanda demokratik seçkilərin necə keçirildiyini gördük

Məntəqələrdə vətəndaşların seçiminə hər hansı müdaxilə aşkarlanmadı.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Malayziya parlamentinin senatının müavini Nur Jazlan bin Mohamed növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlara dəvət Azərbaycan Milli Məclisi tərəfindən göndərilib:

"Bu mənim Azərbaycanda beynəlxalq müşahidəçi kimi iştirak etdiyim ikinci seçkidir. Bundan öncə fevral ayında Azərbaycanda keçirilən prezident seçkisində iştirak etmişdim. Ötən dəfəki kimi bu dəfə də seçkilərin yüksək səviyyədə keçirildiyini şahidi olduq. Biz Azərbaycanda demokratik seçkilərin necə keçirildiyini gördük".

O qeyd edib ki, Səbail, Nəsimi və Suraxanıda yerləşən seçki məntəqələrində müşahidə aparıblar:

"İnsanlara seçki məntəqəsində ədalətli davranışların şahidi olduq. Onların seçkilərdə iştirakına müdaxilə aşkarlanmadı".