AIPA üzvü: Parlament seçkilərində səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb

AIPA üzvü: Parlament seçkilərində səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb

Parlament seçkilərində səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu ASEAN Parlament Assambleyasının (AIPA) üzvü Mousine Sos deyib.

Onun sözlərinə görə, qurumun müşahidəçiləri bütün səsvermə məntəqələrində kifayət qədər avadanlıq və materiallar, o cümlədən seçici siyahıları, bülletenlər, mürəkkəblər və qutuların ilk səsverməyə gələn insanların iştirakı ilə açıldığını və təsdiqləndiyini müşayiət ediblər.

 M.Sos Azərbaycan hökumətinin təhlükəsizlik, ümumiyyətlə, ictimai asayişin qorunması sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib: "Azərbaycanın seçki sistemi şəffafdır, müşahidəçilərə səsvermə prosesini izləməyə imkan verir və bütün müvafiq məlumatların əlçatanlığını təmin edir. Səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb".