Əməkdar artist: “İlk mərhələdən görünür ki, parlament seçkiləri demokratik prinsiplərə uyğun aparılır”

Əməkdar artist: “İlk mərhələdən görünür ki, parlament seçkiləri demokratik prinsiplərə uyğun aparılır”

“Mahiyyət etibarı ilə sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilər son otuz ildə ölkənin bütün suveren ərazisində keçiriləcək ilk parlament seçkilərdir və bu baxımdan xüsusi önəm daşıyır. Əlavə olaraq, ilk mərhələdən görünür ki, parlament seçkiləri demokratik prinsiplərə uyğun aparılır və xalqın etimadını qazanır”. 

Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Elçin Elçiyev bildirib.

“Mən nəticələrə çox nikbin baxıram və əminlyimi bildirirəm ki, vətəndaşlarımız bu tarixi hadisədə fəal iştirak edəcək, xalqımızın ən layiqli nümayəndələrini Milli Məclisə seçəcəklər”, - deyə Elçin Elçiyev vurğulayıb.