Bəhram Bağırzadə: “Sentyabrın 1-də keçiriləcək səsvermədə ailə üzvlərimlə birlikdə iştirak edəcəyəm”

Bəhram Bağırzadə: “Sentyabrın 1-də keçiriləcək səsvermədə ailə üzvlərimlə birlikdə iştirak edəcəyəm”

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmiz üçün əlamətdar və önəmlidir. Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq parlament seçkiləri ölkəmizin bütün ərazilərində, suveren hüquqlarımızın bərpa olunduğu torpaqlarda da keçiriləcək. Çox böyük sevinc və qürur hissi yaşayıram”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə bildirib.

Bəhram Bağırzadə qeyd edib ki, indiyədək keçirilən bütün seçkilərdə aktiv iştirak edib, budəfəki parlament seçkiləri də istisna olmayacaq: “Mən qanunlara hörmət edən və tabe olan nümunəvi vətəndaşam. Demokratik cəmiyyətin üzvüyəm. Dövlətimiz və xalqımız üçün önəmli olan gündə mən də hamını həmrəy olaraq seçkilərdə iştiraka səsləyirəm. Özüm də mütləq ailə üzvlərimlə birlikdə səsverməyə gedəcəyəm. Kimə səs verəcəyimi artıq dəqiqləşdirmişəm”.