ATƏT/DTİHB müşahidəçiləri 82 saylı İmişli-Saatlı Seçki Dairəsində hazırlıq prosesini izləyiblər

ATƏT/DTİHB müşahidəçiləri 82 saylı İmişli-Saatlı Seçki Dairəsində hazırlıq prosesini izləyiblər

82 saylı İmişli-Saatlı Seçki Dairəsi sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırdır.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 82 saylı İmişli-Saatlı Dairə Seçki Komissiyasının (DSK) sədri Barat Xəlilov deyib.

DSK sədri qeyd edib ki, dairə üzrə qeydiyyatda olan 48 min 929 seçici 50 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Seçicilərdən 442 nəfəri ilk dəfə səs verənlərdir. İki seçicinin 100-dən çox yaşı var.

“4 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Əlilliyi olan seçicilərimizin səsvermə prosesində iştirakı üçün də bütün şərait yaradılıb. Dairə üzrə seçkilərdə 9 namizəd mübarizə aparır. Hər bir namizədin təşviqat aparması üçün qanunun tələblərinə uyğun addımlar atılıb. Bütün məntəqələrin ərazisində açıq və qapalı görüş yerləri ayrılıb, o cümlədən, təşviqat lövhələri yerləşdirilib. Təşviqat kampaniyasında heç bir neqativ hal qeydə alınmayıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri də dairə üzrə seçkiyə hazırlıq prosesini izləyiblər. Dairə üzrə səsvermə prosesini izləmək üçün 1000-dən çox müşahidəçi qeydiyyatdan keçib”, - deyə o bildirib.