Qazaxıstan mətbuatında Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məqalə dərc edilib

Qazaxıstan mətbuatında Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məqalə dərc edilib

Qazaxıstanın “İnbusiness.kz” saytında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə məqalə yayımlanıb. Secki-2024.az saytı bildirir ki, məqalədə prezident seçkilərinin nəticələrinin Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi-ticari əlaqələrə təsiri barədə proqnozlara yer verilib. Bildirilib ki, Qazaxıstanla Azərbaycan arasında təkcə möhkəm dostluq münasibətləri deyil, həm də nəhəng ticari-iqtisadi əlaqələr mövcuddur.

“Biz ticarətin əhəmiyyətli dərəcədə artırılmasından danışırıq. Beş il ərazində on, iyirmi dəfə çoxalan artımlardan bəhs edirik. Bunlar çox böyük rəqəmlərdir”, - deyə jurnalist Kuat Dombay fikrini bildirib.

“Ekspertlər yekdilliklə Azərbaycanda keçiriləcək prezident seçkilərinin Qazaxıstanla münasibətlərin maksimum stimullaşdırılmasına, həmçinin “Transxəzər” nəqliyyat dəhlizinin inkişafını sürətləndirməyə və Türk Birliyinə (Türk Dövlətləri Təşkilatı nəzərdə tutulur – red.) dinamika əlavə etməyə imkan verəcək”, - deyə yazıda vurğulanıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanla Qazaxıstan arasında ötən il ticarət dövriyyəsinin həcmi 417 milyon manat olub. Qazaxıstanlı analitiklərin fikrincə, bu rəqəm artacaq.

2Q==