Faysal Salim Rəhman: "Bir neçə seçki məntəqəsinə getdik, hər şey yüksək səviyyədə idi"

Faysal Salim Rəhman: "Bir neçə seçki məntəqəsinə getdik, hər şey yüksək səviyyədə idi"

Biz bir neçə seçki məntəqəsinə getdik, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Həmçinin məntəqələrdə media nümayəndələrinin olmasını da yüksək qiymətləndirirəm. Secki-2024.az saytı xəbər verir ki, bu sözləri Pakistan parlamentinin müşahidə missiyasının rəhbəri Faysal Salim Rəhman növbədənkənar prezident seçkilərində müşahidələrinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında söyləyib.

“Bu seçkilərdə müşahidə etdiyimiz müsbət məqamlardan da biri də gənclərin seçki prosesinin təşkilində birbaşa iştirak etmələri idi. Bu isə ölkənin rifahı üçün çox gözəl bir işarədir”, - deyə komitə sədri vurğulayıb.