Qırğızıstan MSK üzvü: "Seçki məntəqələrində bütün seçki qaydalarına əməl olunub"

Qırğızıstan MSK üzvü: "Seçki məntəqələrində bütün seçki qaydalarına əməl olunub"

Azərbaycanda seçki məntəqələrində bütün seçki qaydalarına əməl olunub. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İsgəndər Qaipkulov bildirib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) müşahidə missiyası bir sıra seçki məntəqələrində olub.

"Vətəndaşlarla ünsiyyət zamanı məlum oldu ki, bir lider var - Prezident İlham Əliyev. Missiyamız seçkilərin çox uğurlu keçdiyini qiymətləndirdi", - Qaipkulov deyib.

O əlavə edib ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. “Biz namizəd partiyaların nümayəndələri ilə görüşəndə ​​onların da belə xahişləri olmayıb”, - deyə Qaipkulov bildirib.