Ukrayna Ali Radasının deputatı: "Azərbaycan xalqı seçkilərdə birliyini nümayiş etdirdi"

Ukrayna Ali Radasının deputatı: "Azərbaycan xalqı seçkilərdə birliyini nümayiş etdirdi"

Prezident seçkilərində Azərbaycan xalqı birliyini nümayiş etdirdi. Secki-2024.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Ali Radasının deputatı Valeri Kolyux bildirib.

"Azərbaycanda keçirilən Prezident seçkilərində təşkilatçılıq ən yüksək səviyyədə oldu, seçici fəallığı yüksək səviyyədə idi. Bu Prezident seçkilərinin Azərbaycan üçün unikallığı ondan ibarətdir ki, müstəqillik əldə ediləndən bəri bütün ölkədə, o cümlədən Qarabağda seçkilər keçirilib. Prezident seçkilərində Azərbaycan xalqı birlik nümayiş etdirdi, dövlətinizə firavanlıq və Qarabağın tezliklə bərpasını arzulayırıq”, - deyə o vurğulayıb.