HAQQIMIZDA

“Seçki 2024” Müstəqil Media Mərkəzi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunub.

Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Mərkəzin www.secki-2024.az saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Bu saytda həmçinin seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.

Ünvan: Bakı şəhəri, “Hilton” hotelinin “Onyx” zalı

Telefon: (+99412) 493-93-98 

 E-poçt : [email protected]