Qazaxıstanın rəsmi informasiya agentliyi Azərbaycandakı seçkilərlə bağlı geniş məqalə dərc edib

Qazaxıstanın rəsmi informasiya agentliyi Azərbaycandakı seçkilərlə bağlı geniş məqalə dərc edib

Qazaxıstanın rəsmi “İnform.kz” informasiya agentliyi Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı geniş məqalə dərc edib. Secki-2024.az saytı xəbər verir ki, “Tarixi məqam və yeddi namizəd: Azərbaycanda prezidentlik yarışı ilə bağlı məlum olanlar” başlığı ilə yayımlanan yazıda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu nəzərdə tutularaq növbədənkənar seçkilər “qələbə seçkisi” kimi xarakterizə edilib.

“Ölkə bu prosesi “qələbə seçkisi” kimi təyin edib. Bu da Azərbaycan xalqının ərazi bütövlüyünü və suverenliyini daha da möhkəmləndirilməsi üçün iradəsinin ifadəsi deməkdir”, -deyə məqalədə bildirilir.

Yazıda Azərbaycan Seçki Məcəlləsindən irəli gələn prosedurlara yer verilib. Seçki prosesindəki ardıcıllıqlar, habelə prezidentliyə namizədlərin proqramı haqqında məlumatlar da göstərilib.

Məqalə ilə daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.inform.kz/ru/istoricheskiy-moment-i-sem-kandidatov-chto-izvestno-o-prezidentskoy-gonke-v-azerbaydzhane-54a303