MSK-nın qaynar xəttinə şikayət xarakterli məlumatlar daxil olmayıb

MSK-nın qaynar xəttinə şikayət xarakterli məlumatlar daxil olmayıb

“Mərkəzi Seçki Komissiyasının (MSK) qaynar xətti var və həmin qaynar xəttə müraciətlər daxil olur.  Secki-2024.az saytının xəbərinə görə, bu fikirləri MSK sədr müavini Rövzət Qasımov deyib.

“Amma xoşbəxtlikdən hələ şikayət xarakterli məlumatlar, demək olar ki, daxil olmayıb. Rəsmi olaraq isə yalnız bir müraciət daxil olmuşdu ki, araşdırma nəticəsində onun da əsassız olduğu aşkarlandı” - deyə, sədr müavini vurğulayıb.