Seçki Monitorinq Koalisiyası: “MSK bir sıra müsbət dəyişikliklər edib”

Seçki Monitorinq Koalisiyası: “MSK bir sıra müsbət dəyişikliklər edib”

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası 7 fevral prezident seçkilərinin monitorinqi ilə bağlı aralıq hesabat yayıb. Secki-2024.az xəbər verir ki, hesabatda koalisiyanın seçkiqabağı vəziyyətlə bağlı müşahidələri öz əksini tapıb. Hesabatda qeyd edilib ki, ötən dövr ərzində koalisiyanın Azərbaycan ərazisini əhatə edən 63 seçki dairəsində müşahidələr aparmaq üçün 500 müşahidəçisi qeydiyyata alınıb: “7 fevral növbədənkənar prezident seçkilərinin elan edildiyi gündən seçki proseslərini müşahidə etməkdəyik”.

Qeyd olunub ki, koalisiya Mərkəzi Secki Komisiyasına (MSK) müraciətləri, bu müraciətlərin araşdırılması, namizədlərə imza vərəqələrinin verilməsi, imzatoplama kampaniyası, toplanan sənədlərə MSK-nın qəbulu və münasibəti, habelə digər prosesləri daima izləməkdədir.

Koalisiyanın hesabatında vurğulanır ki, MSK seçkilərin daha demokratik və şəffaf keçirilə bilməsinə şərait yaradan bir sıra müsbət dəyişikliklər edib. Ölkənin bütün ərazisində seçkilər kecirilməsi üçün 125 seçki dairəsi, dairə seçki komissiyası, 6 319 məntəqə seçki komissiyası fəaliyyət göstətir:

“Müşahidəçilərimizin topladığı məlumat əsasında deyə bilərik ki, bütün dairələrdə, məntəqələrdə seçkiyə hazırlıq işləri yüksək səviyyədə getməkdədir. Bu işə təcrübəli, seçki texnologiyaları barədə ətraflı məlumatı olan insanlar cəlb edilib”.