MSK “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə bu həftə qərar qəbul edəcək

MSK “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə bu həftə qərar qəbul edəcək

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 28-dək “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Secki-2024.az saytı xəbər verir ki, qanunvericiliyə əsasən, səsvermə gününə ən azı 10 gün qalanadək bu barədə qərar qəbul olunmalıdır.

Xatırladaq ki, MSK növbədənkənar prezident seçkiləri ilə əlaqədar yanvarın 18-dək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edib.

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirmək niyyətindədir.