"Exit-poll” keçirmək istəyən təşkilatların sənəd qəbulu başa çatır

"Exit-poll” keçirmək istəyən təşkilatların sənəd qəbulu başa çatır

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində səsvermə günü (fevralın 7-də) “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri bu il yanvarın 18-dək qəbul edəcək. Secki-2024.az saytının məlumatına görə, “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar yanvarın 28-dək qəbul olunacaq.

Xatırladaq ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi qeydə alınan 7 nəfər mübarizə apacaq. Həmin şəxslər aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.