Sandra Boziç: “Seçicilərin konstitusyon hüquqları tam təmin edilib”

Sandra Boziç: “Seçicilərin konstitusyon hüquqları tam təmin edilib”

“Azərbaycanda olmaqdan çox şadıq. Bizi növbədənkənar prezident seçkilərinə müşahidəçi kimi dəvət etdiyinə görə, Azərbaycana təşəkkür edirik. Apardığımız çoxsaylı müşahidələrimiz onu deməyə əsas verir ki, fevralın 7-də prezident seçkiləri yüksək səviyyədə keçirilib və seçicilərin konstitusion hüquqları tam təmin edilib”. Secki-2024.az saytı xəbər verir ki, bunu Azərbaycana səfər edən Serbiya Parlamentinin nümayəndə heyətinin rəhbəri Sandra Boziç 7 prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, seçki prosesi zamanı hər hansı neqativ hadisə və ya insidentin şahidi olmayıblar: “Belə qənaətə gəldik ki, azad seçkilərin həyata keçirilməsinə təhdid yaradan heç bir qanun pozuntusu yoxdur. Müşahidə məqsədilə Xankəndi və Şuşa şəhərlərində də olmuşuq. Orada da seçkilər bütün qaydalara uyğun təşkil edilmişdi. Düşünürəm ki, bu seçkillər tarixi hadisədir, nəticələr seçicilərin iradəsini ifadə edir. Belə seçki keçirdiyinə görə Azərbaycanı təbrik edirik!”