Kambocalı deputat: “Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilmişdi”

Kambocalı deputat: “Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilmişdi”

“Fevralın 7-də keçirilən president seçkilərində seçkiyə müdaxilə halı ilə rastlaşmadıq”. Secki-2024.az xəbər verir ki, bunu prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Kamboca parlamentinin nümayəndə heyətinin üzvü, deputat Mosine Sos söyləyib.

“Seçkilər tam azad və şəffaf şəraitdə keçirilib”, – deyən M.Sos bildirib ki, seçkinin təşkilində müasir texnologiyalardan geniş şəkildə istifadə olunması təqdirəlayiqdir.

“Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilmişdi. Bütün namizədlərə bərabər şərait yaradılmışdı. Baş çəkdiyimiz məntəqələr lazımı şərait və zəruri avadanlıqla təmin edilmişdi. Səsvermə prosesi tam şəffaf idi və biz bu prosesi rahat izləyə bildik. Sonda səslərin sayılması beynəlxalq standartlara uyğun keçirildi. Müşahidələrimiz zamanı seçicilərin vəhdətini gördük. Bütövlüklə səsvermə prosesinin dinc və sərbəst şəraitində keçdiyini müşahidə etdik. Birmənalı deyə bilərik ki, Azərbaycanda seçkilər azad, ədalətli və şəffaf keçirilib. Proses zamanı demokratik mühit hökm sürürdü. Hər hansı zorakılıq, qanun pozuntusu aşkar edilməyib. Azərbaycan hökumətini və xalqını uğurlu seçkilərlə bağlı təbrik edirik” – Mosine Sos vurğulayıb.