JEM sədri: “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış məntəqələrdə jurnalistlər üçün zəruri iş şəraiti yaradılıb”

JEM sədri: “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış məntəqələrdə jurnalistlər üçün zəruri iş şəraiti yaradılıb”

“Səsvermə prosesini işğaldan azad edilmiş ərazilərdə yaradılmış məntəqələrdə izlədik. Seçici fəallığı kifayət qədər yüksək idi”. Bunu secki-2024.az saytına açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib. O bildirib ki, müşahidə apardığı 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 105 saylı məntəqəsində və 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində prosesi işıqlandıran jurnalistlər hərtərəfli  iş şəraiti yaradılıb:

“Jurnalistlər Seçki Məcəlləsinin müvafiq tələblərinə yüksək səviyyədə əməl edirlər. Bunun nəticəsidir ki, yerli və beynəlxalq ictimaiyyət seçkinin gedişatı ilə bağlı operativ, dürüst şəkildə məlumatlandırılır. Hər hansı qanun pozuntusuna rast gəlımədik”.