Prezident seçkilərində "exit-poll” keçirmək üçün sənədlərini MSK-ya təqdim edən təşkilatların adı açıqlanıb

Prezident seçkilərində "exit-poll” keçirmək üçün sənədlərini MSK-ya təqdim edən təşkilatların adı açıqlanıb

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub. Secki-2024.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: "Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC-dir".