Şirvanda seçici fəallığı müşahidə olunur

Şirvanda seçici fəallığı müşahidə olunur

Respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də fevralın 7-də 8:00-dan növbədənkənar prezident seçkilərinə start verilib. Səhər saatlarından bütün məntəqələrdə seçici fəallığı müşahidə olunur. Secki-2024.az saytının xəbərinə görə, şəhərdə fəaliyyət göstərən 51 saylı Şirvan və 68 saylı Sabirabad–Şirvan seçki dairələrini əhatə edən 47 seçki məntəqəsi səhər tezdən qapılarını seçicilərin üzünə açıb. Məntəqələrdə vətəndaşların izdihamı müşahidə olunur.

Dairə seçki komissiyalarından verilən məlumata əsasən, səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. İki seçki dairəsinin 12 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki dairələri üzrə 57510 nəfər səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb, onlardan 1223 nəfər ilk dəfə səsverənlərdir. Məntəqələrdə səsvermənin gedişini yerli və beynəlxalq müşahidəçilər izləyirlər.

Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələrək səsvermədə iştirak edə bilməyən vətəndaşların yaşadığı evə daşınan seçki qutuları aparılır və onların seçkidə iştirakı təmin edilir.