Prezident seçkilərini müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyə səfirliyində olublar

Prezident seçkilərini müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyə səfirliyində olublar

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Secki-2024.az saytı xəbər verir ki,  bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də yazıb.

O bildirib ki, prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), ATƏT PA və Parlamentlərarası Dostluq Qrupundan olan millət vəkilləri Türkiyə səfirliyində olublar. "İkitərəfli əlaqələr və görülən işlərlə bağlı məlumat verdik", - o vurğulayıb.