Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkiləri müşahidə edəcək

Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkiləri müşahidə edəcək

Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkilərində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.