"Exit-poll” keçirmək istəyən təşkilatların sənəd qəbulu başa çatıb

"Exit-poll” keçirmək istəyən təşkilatların sənəd qəbulu başa çatıb

Fevralın 7-nə təyin edilmiş prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət başa çatıb. Secki-2024.az saytının məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edə bilər.

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.

“Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar yanvarın 28-dək qəbul olunacaq.

Xatırladaq ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi qeydə alınan 7 nəfər mübarizə apacaq. Həmin şəxslər aşağıdakılardır: 

1. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; 

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.