98 saylı DSK-nın sədri: “Beynəlxalq müşahidəçilər seçki məntəqələrində yaradılmış şəraitlə tanış olublar”

98 saylı DSK-nın sədri: “Beynəlxalq müşahidəçilər seçki məntəqələrində yaradılmış şəraitlə tanış olublar”

“Müxtəlif beynəlxalq təşkilatların müşahidəçləri bizim dairədə olan seçki məntəqələrinə baş çəkiblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri tam sərbəst şəkildə yerli məntəqələrdə üç dəfə monitorinq aparıblar. Seçkilərə hazırlıq prosesi, məntəqələrdə yaradımış şəraitlə tanış olublar”. Bunu secki-2024.az saytına açıqlamasında 98 saylı Bərdə-Tərtər dairə seçki komissiyasının (DSK) sədri Namiq Quliyev bildirib.

DSK sədri qeyd edib ki, dairə 61 məntəqədə 52 min 652 seçicinin adı siyahılara daxil edilib: “Fevralın 7-də ilk dəfə səs verəcək seçicilərin sayı 3 593 nəfərdir. Dairə üzrə yaşı 100-dən yuxarı olan 8 seçimiz var. Bu günədək 303 vətəndaşa qeydiyyatdan çıxma vəsiqəsi vermişik. Bütün məntəqələrə seçki bülletenləri çatdırılıb”.