ATƏT/DTHİB-in nümayəndələri 95 saylı Zərdab – Kürdəmir - Ucar seçki dairəsinində monitorinq aparıblar

ATƏT/DTHİB-in nümayəndələri 95 saylı Zərdab – Kürdəmir - Ucar seçki dairəsinində monitorinq aparıblar

“95 saylı Zərdab – Kürdəmir - Ucar seçki dairəsi 3 rayonun ərazisini əhatə edir. Seçki dairəsindəki 67 seçki məntəqəsinin 45-i Zərdab, 19-u Kürdəmir, 3-ü isə Ucar rayonunun inzibati ərazisində yerləşir. Bu seçki məntəqələri üzrə 53 185 seçici qeydiyyatdadır”. Bu barədə secki-2024.az saytına 95 saylı Zərdab – Kürdəmir - Ucar dairə seçki komissiyasının (DSK) sədri Mehdi İsmayılov məlumat verib. 

DSK sədri bildirib ki, dairə üzrə 4 100 ilk dəfə səs verən, 1 nəfər isə 100 yaşdan yuxarı seçici var:

“Artıq seçki bülletenlərinin seçki məntəqələrinə verilməsi prosesi həyata keçirilib. Bütün məntəqələrin texniki təchizatı yüksək səviyyədədir və tam olaraq seçkiyə hazır vəziyyətdədirlər. Təqvim planına əsasən seçki məntəqə komissiyalarının üzvlərinə müvafiq treninqlər keçirilib. Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTHİB) nümayəndələri dairədəki seçkiyə hazırlıq prosesi ilə tanış olublar, müvafiq monitorinqlər aparılıb. Seçkinin müşahidə prosesi üçün müraciət edən 900-dən çox müşahidəçi qeydə alınıb. Bundan başqa, dairə üzrə 627 seçici qeydiyyatdan çıxma vərəqi ilə təmin edilib”.