İHA: “İşğaldan azad edilən ərazilərdə ilk dəfə seçki keçiriləcək”

İHA: “İşğaldan azad edilən ərazilərdə ilk dəfə seçki keçiriləcək”

Türkiyənin nüfuzlu “İhlas” Xəbər Agentliyi (İHA) bu il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən bəhs edən məqalə yayımlayıb. Secki-2024.az bildirir ki, məqalədə Azərbaycanın 30 ildən sonra işğaldan azad etdiyi ərazilərdə ilk dəfə seçkilər keçirilməsinin əhəmiyyəti qeyd olunub.

“Azərbaycan Qarabağ zəfərinin ardından sonra seçkiyə gedir. Azərbaycan xalqı 7 fevralda prezidentini seçmək üçün səs verəcək”,- deyə məqalədə bildirilir.

Qeyd olunub ki, Azərbaycanda keçiriləcək bu seçkilər olduqca əhəmiyyətlidir: “İlk dəfə Azərbaycan ərazilərinin hamısında səsvermə keçiriləcək. Təxminən 30 ildən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə seçki qutuları qoyulacaq”, - deyə məlumatda qeyd olunur.

Məlumat üçün deyək ki, məqalə “Hürriyət” qəzeti və digər KİV-də də paylaşılıb.