İstanbuldakı baş konsulluğumuzun əhatə dairəsi üzrə vətəndaşlarımızın 94,63 faizi seçkidə iştirak edib

İstanbuldakı baş konsulluğumuzun əhatə dairəsi üzrə vətəndaşlarımızın 94,63 faizi seçkidə iştirak edib

Azərbaycanın İstanbuldakı baş konsulluğunun əhatə dairəsi üzrə Türkiyədəki vətəndaşlarımızın 94,63 faizi növbədənkənar prezident seçkilərində iştirak edib. Secki-2024.az saytı xəbər verir ki, bu barədə baş konsulluqdan seçkinin yekunlarına dair yayımlanan açıqlamada bildirilib.

Xatırladaq ki, Azərbaycandan sonra ən çox seçicinin olduğu Türkiyədə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı 5 seçki məntəqəsi fəaliyyət göstərib.