Tacikistandan olan müşahidəçi: "Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı"

Tacikistandan olan müşahidəçi: "Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı"

Azərbaycanda Prezident seçkiləri tam şəkildə ölkənin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun keçirilib. Secki-2024.az xəbər verir ki, bunu Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının rəhbəri Bəxtier Khudoerzoda Bakıda mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda Prezident seçkilərinin müşahidəsi prosesi ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərə hazırlığa çox məsuliyyətlə yanaşdığını göstərdi.